“jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin azərbaycan respublikasının müdafiə nazirliyi ilə razılaşdırılması qaydası”nın təsdiq edilməsi barədə” azərbaycan respublikası nazirlər kabinetinin 2015-ci il 14 avqust tarixli 279 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
“jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin azərbaycan respublikasının müdafiə nazirliyi ilə razılaşdırılması qaydası”nın təsdiq edilməsi barədə” azərbaycan respublikası nazirlər kabinetinin 2015-ci il 14 avqust tarixli 279 nömrəli qərarında (azərbaycan respublikasının qanunvericilik toplusu, 2015, № 8, maddə 965 (cild i); 2024, № 2, maddə 237, № 7, maddə 925) aşağıdakı dəyişikliklər edilsin:
1. ikinci abzas 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
“2. bu qərarda dəyişiklik azərbaycan respublikası prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli fərmanı ilə təsdiq edilmiş “icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.
2. həmin qərarla təsdiq edilmiş “jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin azərbaycan respublikasının müdafiə nazirliyi ilə razılaşdırılması qaydası” üzrə:
2.1. 3.4-cü bəndin ikinci cümləsinə “xidmətindən” sözündən sonra “, xarici media subyektlərinin nümayəndələrinə münasibətdə həmçinin azərbaycan respublikasının xarici kəşfiyyat xidmətindən” sözləri əlavə edilsin;
2.2. 6-cı hissə ləğv edilsin.
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, 29 aprel 2025-ci il
№ 143























