prezident ilham əliyev avropa ittifaqının ali nümayəndəsi, avropa komissiyasının vitse-prezidenti kaya kallası qəbul edib yenilənib

bakı, 25 aprel, arhd.media



azərbaycan respublikasının prezidenti ilham əliyev aprelin 25-də avropa ittifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, avropa komissiyasının vitse-prezidenti kaya kallası qəbul edib.

arhd.media xəbər verir ki, kaya kallas avropa ittifaqının azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etdi.

avropa ittifaqı ilə azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq ölkəmizin avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini dedi.

o, nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən azərbaycanın rolunun əhəmiyyətini vurğuladı.

prezident ilham əliyev azərbaycanın avropa ittifaqının etibarlı tərəfdaşı olduğunu dedi, cənub qaz dəhlizinin 4 ildir fəaliyyət göstərərək avropanın qaz təchizatında oynadığı əhəmiyyətli rola toxundu.

dövlətimizin başçısı vurğuladı ki, azərbaycan artıq avropanın 10 ölkəsini, o cümlədən avropa ittifaqının 8 üzvünü qazla təchiz edir. prezident ilham əliyev qeyd etdi ki, azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir.

cənub qaz dəhlizi məşvərət şurası çərçivəsində azərbaycanla avropa ittifaqı arasında uğurlu və səmərəli dialoqun mövcud olduğunu deyən dövlətimizin başçısı bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi. prezident ilham əliyev bu xüsusda qeyd etdi ki, ölkəmiz xəzərin azərbaycan sektorunda zəngin külək enerji resurslarına malikdir. dövlətimizin başçısı vurğuladı ki, eyni zamanda, azərbaycan mərkəzi asiya ölkələri ilə bərpaolunan trans-xəzər enerji dəhlizinin inkişaf etdirilməsində və qara dəniz istiqamətində gürcüstan, rumıniya, macarıstan, son dövrlərdə isə bolqarıstanın da qoşulduğu layihələrin reallaşdırılmasında mühüm rol oynayır.

azərbaycan prezidenti bildirdi ki, ölkəmizlə avropa ittifaqı arasında qazla yanaşı nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var.

söhbət zamanı, həmçinin cənubi qafqaz regionunda davamlı sabitliyin təmin olunmasına dair fikir mübadiləsi aparıldı.

dövlətimizin başçısı ermənistanla azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli əsasda addımların atıldığını və müzakirələrin aparıldığını qeyd etdi.

görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Baxış sayı: 9 523

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə