azərbaycan respublikası nazirlər kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “icbari tibbi sığorta üzrə xidmətlər zərfi”ndə dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari

azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, azərbaycan respublikasının nazirlər kabineti qərara alır:

azərbaycan respublikası nazirlər kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2020, № 1, maddə 63 (cild i); 2024, № 3, maddə 358, № 9, maddə 1106) ilə təsdiq edilmiş “icbari tibbi sığorta üzrə xidmətlər zərfi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 10.1.1-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 10.1.2-ci, 10.1.3-cü yarımbəndlər ləğv edilsin.

2. 10.2-ci bəndə “müraciət üçün” sözlərindən sonra “bu tibbi xidmətlər üzrə tarifin” sözləri əlavə edilsin və həmin bənddə “manat” sözü “faiz həcmində” sözləri ilə əvəz edilsin.

3. 11.1-ci bəndə “göstərilən” sözündən sonra “planlı” sözü əlavə edilsin.

 

əli əsədov

azərbaycan respublikasının baş naziri

bakı şəhəri, “ 24 ” “ aprel ” 2025-ci il

№ 134

Baxış sayı: 4 520

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə