“yeni növ koronavirus (covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” azərbaycan respublikası nazirlər kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
“yeni növ koronavirus (covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” azərbaycan respublikası nazirlər kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli qərarının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2020, № 3, maddə 373 (cild i); 2024, № 4, maddə 451, № 7, maddə 900, № 10, maddə 1169; 2025, № 2, maddə 182) 2-ci hissəsində “aprelin” sözü “iyulun” sözü ilə əvəz edilsin.
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “ 22 ” “ aprel ” 2025-ci il
№ 124























