
1941–1945-ci illərdə ikinci dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ikinci dünya müharibəsində qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə ikinci dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500,0 (iki min beş yüz) manat məbləğində, ikinci dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, ikinci dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci dünya müharibəsi dövründə leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250,0 (bir min iki yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilsin.
2. bu sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:
2.1. azərbaycan respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş azərbaycan respublikası prezidentinin ehtiyat fondundan 3,2 milyon (üç milyon iki yüz min) manat vəsait ayrılsın;
2.2. azərbaycan respublikasının maliyyə nazirliyi bu sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin azərbaycan respublikası əmək və əhalinin sosial müdafiəsi nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;
2.3. azərbaycan respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirliyi birdəfəlik maddi yardımın bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etsin.
3. azərbaycan respublikasının nazirlər kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 21 aprel 2025-ci il






















