“türk dövlətləri təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişi”nin təsdiq edilməsi haqqında
azərbaycan respublikasının qanunu
azərbaycan respublikasının milli məclisi azərbaycan respublikası konstitusiyasının 95-ci maddəsinin i hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2024-cü il noyabrın 6-da bişkek şəhərində imzalanmış “türk dövlətləri təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişi” təsdiq edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 18 mart 2025-ci il























