“sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydası”nın təsdiq edilməsi haqqında” azərbaycan respublikası nazirlər kabinetinin 2022-ci il 3 sentyabr tarixli 341 nömrəli qərarında dəyişiklik edilməsi barədə
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
“sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydası”nın təsdiq edilməsi haqqında” azərbaycan respublikası nazirlər kabinetinin 2022-ci il 3 sentyabr tarixli 341 nömrəli qərarında (azərbaycan respublikasının qanunvericilik toplusu, 2022, № 9, maddə 1075 (cild i) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. bu qərarda dəyişiklik azərbaycan respublikası prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli fərmanı ilə təsdiq edilmiş “icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.
2. həmin qərarla təsdiq edilmiş “sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydası” üzrə:
2.1. 3.5-ci bənd üzrə:
2.1.1. birinci cümləyə “(bundan sonra – agentlik)” sözlərindən sonra “və dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin protez-ortopedik istehsalat və reabilitasiya mərkəzi (bundan sonra – mərkəz)” sözləri əlavə edilsin və həmin cümlədə “keçirir” sözü “keçirirlər” sözü ilə əvəz edilsin;
2.1.2. ikinci cümləyə “agentlik” sözündən sonra “və mərkəz” sözləri əlavə edilsin və həmin cümlədə “edir” sözü “edirlər” sözü ilə əvəz edilsin;
2.2. 3.6-cı bənddə “agentliyin bank hesabına” sözləri “agentliyin və mərkəzin bank hesablarına” sözləri ilə əvəz edilsin;
2.3. 4.1-ci bəndə “agentlik” sözündən sonra “və mərkəz” sözləri əlavə edilsin və həmin cümlədə “edir” sözü “edirlər” sözü ilə əvəz edilsin.
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “ 8 ” “ aprel ” 2025-ci il
№ 101























