iraq respublikasının baş naziri məhəmməd şiya əs-sudanidən
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
müqəddəs ramazan bayramı münasibətilə zati-alinizi iraq xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
uca allahdan sizə cansağlığı və səadət, azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.
ən dərin ehtiramla,
məhəmməd şiya əs-sudani
iraq respublikasının baş naziri























