
azərbaycan respublikası prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli fərmanı ilə təsdiq edilmiş “dövlət sirrinin mühafizəsi üzrə idarələrarası komissiya haqqında əsasnamə”də dəyişiklik edilməsi barədə
azərbaycan respublikası prezidentinin fərmanı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
azərbaycan respublikası prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 1999, № 12, maddə 704 (cild i); 2024, № 3, maddə 262, № 7, maddə 827) ilə təsdiq edilmiş “dövlət sirrinin mühafizəsi üzrə idarələrarası komissiya haqqında əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci hissənin on dördüncü abzası on beşinci abzas hesab olunsun və aşağıdakı məzmunda on dördüncü abzas əlavə edilsin:
“dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində azərbaycan respublikasının təhlükəsizliyinə vurula biləcək ziyanın kəmiyyət və keyfiyyət göstəricilərinə dair normativ və metodiki sənədlərin layihələrinə rəy bildirir;”.
2. 6-cı hissə üzrə:
2.1. birinci abzasın ikinci cümləsi çıxarılsın;
2.2. ikinci abzasa “tərkibini” sözündən sonra “(sədrini və üzvlərini)” sözləri əlavə edilsin.
3. 8-ci və 9-cu hissələr aşağıdakı redaksiyada verilsin:
“8. idarələrarası komissiyanın sədri:
idarələrarası komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
idarələrarası komissiyanın iş planını təsdiq edir və onun icrasına nəzarət edir;
idarələrarası komissiyanın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
idarələrarası komissiyanın qərarlarını, iclas protokollarını və idarələrarası komissiyanın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;
idarələrarası komissiyaya daxil olan müraciətlərə “vətəndaşların müraciətləri haqqında”, “inzibati icraat haqqında” və “informasiya əldə etmək haqqında” azərbaycan respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;
dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından və hüquqi şəxslərdən idarələrarası komissiyanın fəaliyyəti ilə bağlı zəruri məlumatları, sənədləri və materialları alır;
idarələrarası komissiyanın fəaliyyətini təmin edən idarələrarası ekspert qrupları yaradır;
müqavilə əsasında dövlət və qeyri-dövlət müəssisə, idarə və təşkilatlarını, habelə ayrı-ayrı mütəxəssis və ekspertləri analitik-tədqiqat işlərinin aparılması üçün cəlb edir;
azərbaycan respublikası prezidentinin razılığı ilə katibliyin rəhbərini, katiblik rəhbərinin təqdimatı əsasında katibliyin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;
katibliyin fəaliyyətinə nəzarət edir;
işçilərin say həddi daxilində katibliyin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;
katibliyin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, fərqlənən işçiləri idarələrarası komissiyanın təsis etdiyi döş nişanları ilə və fəxri fərmanlarla təltif edir;
qanunlarla, həmçinin azərbaycan respublikası prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir.
9. idarələrarası komissiyanın iclasları sədr tərəfindən təsdiq olunmuş iş planı əsasında keçirilir.
növbədənkənar iclaslar idarələrarası komissiya sədrinin və ya üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırıla bilər.
idarələrarası komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab edilir. komissiya üzvünün iclasda iştirak etməsi mümkün olmadıqda, müzakirə edilən məsələlər barəsində onun fikri yazılı surətdə təqdim edilə bilər.
idarələrarası komissiyanın iclaslarında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən idarələrarası komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. səsvermə zamanı üzvlərin bitərəf qalmasına yol verilmir. qərar qəbul edilərkən səslər bərabər olduqda, idarələrarası komissiya sədrinin səsi həlledici hesab edilir.
idarələrarası komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi iclas protokoluna əlavə edilir.”.
4. 11-ci hissə ləğv edilsin.
5. 12-ci hissədə “əsaslar əsasında” sözləri “əsaslarla” sözü ilə əvəz edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 7 aprel 2025-ci il























