prezident ilham əliyev türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib yenilənib video

bakı, 4 aprel, arhd.media



azərbaycan respublikasının prezidenti ilham əliyev aprelin 4-də cənub qaz dəhlizi məşvərət şurası çərçivəsində nazirlərin 11-ci və yaşıl enerji məşvərət şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən türkiyə respublikasının enerji və təbii sərvətlər naziri alparslan bayraktarı qəbul edib.

arhd.media xəbər verir ki, görüşdə azərbaycan ilə türkiyə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi, o cümlədən hidrokarbonatlar və elektrik enerjisi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, bunun gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu qeyd edildi. socar ilə türk petrolları və botaş arasında əməkdaşlıq müsbət qiymətləndirildi, bu birgə fəaliyyətin gələcəkdə azərbaycan, türkiyə və digər ölkələrdə həyata keçirilməsi məsələsi müzakirə olundu. elektrik enerjisinin ixracı məsələsinə toxunuldu, bu xüsusda socar-ın artıq türkiyəyə satışlar həyata keçirdiyi vurğulandı.

bu gün “azərenerji” asc ilə türkiyənin elektrik ötürülməsi anonim şirkəti (teiaş) arasında naxçıvandan 75 meqavat həcmində elektrik enerjisinin ixracı ilə bağlı imzalanacaq sənədin əhəmiyyəti qeyd edildi, azərbaycan, gürcüstan, türkiyə və bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandumun imzalanacağı bildirildi.

Baxış sayı: 5 324

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə