bakı, 4 aprel, arhd.media
azərbaycan respublikasının prezidenti ilham əliyev aprelin 4-də cənub qaz dəhlizi məşvərət şurası çərçivəsində nazirlərin 11-ci və yaşıl enerji məşvərət şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən avropa ittifaqının enerji və mənzil məsələləri üzrə komissarı dan yorgenseni qəbul edib.
arhd.media xəbər verir ki, prezident ilham əliyev azərbaycan ilə avropa komissiyası arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın uzun və uğurlu tarixinin olduğunu dedi, bunun xüsusilə hazırkı dövrdə enerji məsələlərinin mühüm amilə çevrilməsində rolunu vurğuladı. dövlətimizin başçısı enerji sahəsində avropa bazarının bizim üçün əsas bazar olduğunu qeyd edərək, azərbaycanın bu bazarda ixrac coğrafiyasını genişləndirmək istədiyini bildirdi.
dan yorgensen ilk növbədə avropa komissiyasının prezidenti ursula fon der lyayenin salamlarını dövlətimizin başçısına çatdırdı.
prezident ilham əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını ursula fon der lyayenə çatdırmağı xahiş etdi.
qonaq xüsusilə bu mürəkkəb zamanda azərbaycanın avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə minnətdarlığını bildirərək vurğuladı ki, ölkəmizlə əməkdaşlığa çox böyük önəm verirlər və bunu gələcəkdə də inkişaf etdirmək istəyirlər.
avropa ittifaqının enerji və mənzil məsələləri üzrə komissarı cop29-un ölkəmizdə uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
söhbət zamanı həm təbii qaz, həm də yaşıl enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. bildirildi ki, avropa ittifaqı öz imkanları çərçivəsində bu istiqamətlər üzrə əməkdaşlığa dəstək verməyi düşünür.
görüşdə azərbaycanla avropa ittifaqı arasında enerji dialoqunun uğurla aparıldığı vurğulandı, bunun gələcəkdə də davam edəcəyinə ümidvarlıq bildirildi.






















