bəhreynin kralı həməd bin isa al xəlifədən
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
zati-aliləri prezident ilham əliyev.
müqəddəs ramazan bayramı münasibətilə sizə və azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
uca allahdan sizə möhkəm cansağlığı, xoşbəxtlik, azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirik.
zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
hörmətlə,
həməd bin isa al xəlifə
bəhreynin kralı























