“uşaq hüquqlarını həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar”ın təsdiq edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari

azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “uşaq hüquqları haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2024-cü il 29 noyabr tarixli 78-viiqd nömrəli qanununun tətbiqi və “uşaq hüquqları haqqında” azərbaycan respublikası qanununun tətbiq edilməsi barədə” azərbaycan respublikası prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında” azərbaycan respublikası prezidentinin 2024-cü il 24 dekabr tarixli 262 nömrəli fərmanının 2.1.2-ci yarımbəndinin və azərbaycan respublikası prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli sərəncamı ilə təsdiq edilmiş “uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün fəaliyyət planı”nın 5.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə azərbaycan respublikasının nazirlər kabineti qərara alır:

1. “uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar” təsdiq edilsin (əlavə olunur).

2. bu qərarla təsdiq edilmiş meyarlarda adları qeyd olunan dövlət orqanları (qurumları) meyarların 1.2-ci bəndinin icrasını təmin etmək üçün müvafiq tədbirlər görsünlər.

 

əli əsədov

azərbaycan respublikasının baş naziri

bakı şəhəri, “ 1 ” “ aprel ” 2025-ci il

№ 94

Baxış sayı: 3 473

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə