ismayıllı rayonunun ivanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqında azərbaycan respublikası prezidentinin sərəncamı

azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. ismayıllı rayonunun ivanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün azərbaycan respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş azərbaycan respublikası prezidentinin ehtiyat fondundan azərbaycan dövlət su ehtiyatları agentliyinə ilkin olaraq 5.000.000,0 (beş milyon) manat ayrılsın.

2. azərbaycan respublikasının maliyyə nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. azərbaycan respublikasının iqtisadiyyat nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən əkin sahəsinin suvarma suyu ilə təminatının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini azərbaycan respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. azərbaycan respublikasının nazirlər kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

ilham əliyev

azərbaycan respublikasının prezidenti

bakı şəhəri, 1 aprel 2025-ci il

Baxış sayı: 9 869

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə