“e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydalarının, o cümlədən “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin formasının təsdiq edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərarı
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “qaz təchizatı haqqında”, “dövlət rüsumu haqqında”, “ixrac nəzarəti haqqında”, “ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “elektroenergetika haqqında” və “energetika haqqında” azərbaycan respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2024-cü il 29 dekabr tarixli 121-viiqd nömrəli qanununun tətbiqi və bununla əlaqədar azərbaycan respublikası prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” azərbaycan respublikası prezidentinin 2025-ci il 3 fevral tarixli 317 nömrəli fərmanının 3.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
1. “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzi”nin forması təsdiq edilsin (2 nömrəli əlavə).
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “ 19 ” “ mart ” 2025-ci il
№ 88






















