azərbaycan respublikası strateji obyektlərin mühafizəsi dövlət agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə azərbaycan respublikası strateji obyektlərin mühafizəsi dövlət agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
3-cü dərəcəli “vətənə xidmətə görə” ordeni ilə
əsgərov vasif asif oğlu – polkovnik-leytenant
mirzəyev ruslan cəmil oğlu – polkovnik-leytenant
“vətən uğrunda” medalı ilə
ismayılov ramin əfsələddin oğlu – polkovnik-leytenant
behbudov nofəl arif oğlu – mayor
“hərbi xidmətlərə görə” medalı ilə
abbasov hafiz sakit oğlu – polkovnik-leytenant
ələkbərov eldəniz yaşar oğlu – polkovnik-leytenant
abdullayev tural front oğlu – mayor
eyvazlı pərviz barat oğlu – mayor
mayılov elməddin nəcməddin oğlu – mayor
musayev ilqar sabir oğlu – mayor
heydərov fuad abdulla oğlu – kapitan
nəcəfov fadiq isa oğlu – kapitan.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 15 mart 2025-ci il






















