“azərbaycan respublikasının rəqabət məcəlləsinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarları və qaydaları”nın təsdiq edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “azərbaycan respublikası rəqabət məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” azərbaycan respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-viq nömrəli qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” azərbaycan respublikası prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli fərmanının 2.4.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
1. “azərbaycan respublikasının rəqabət məcəlləsinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarları və qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. bu qərarda dəyişiklik azərbaycan respublikası prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli fərmanı ilə təsdiq edilmiş “icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “ 10 ” “ mart ” 2025-ci il
№ 67























