“ixracı və idxalı azərbaycan respublikası nazirlər kabinetinin sərəncamı əsasında həyata keçirilən malların siyahısında və həmin siyahının “qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nın təsdiq edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari

azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “azərbaycan respublikası prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “azərbaycan respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nda dəyişiklik edilməsi haqqında” azərbaycan respublikası prezidentinin 2024-cü il 24 sentyabr tarixli 196 nömrəli fərmanının 4.1.1-ci və 4.1.2-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə azərbaycan respublikasının nazirlər kabineti qərara alır:

1. “ixracı və idxalı azərbaycan respublikası nazirlər kabinetinin sərəncamı əsasında həyata keçirilən malların siyahısında və həmin siyahının “qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları” təsdiq edilsin (əlavə olunur).

2. bu qərarda dəyişiklik azərbaycan respublikası prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli fərmanı ilə təsdiq edilmiş “icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

 


əli əsədov

azərbaycan respublikasının baş naziri

bakı şəhəri, “ 25 ” “ fevral ” 2025-ci il

№ 50

Baxış sayı: 5 012

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə