“təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və qaydası”nın təsdiq edilməsi haqqında” azərbaycan respublikası nazirlər kabinetinin 2022-ci il 16 sentyabr tarixli 357 nömrəli qərarında dəyişiklik edilməsi barədə
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “azərbaycan respublikası prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanı ilə təsdiq edilmiş “elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında əsasnamə”də dəyişiklik edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2024-cü il 25 iyun tarixli 113 nömrəli fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
“təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və qaydası”nın təsdiq edilməsi haqqında” azərbaycan respublikası nazirlər kabinetinin 2022-ci il 16 sentyabr tarixli 357 nömrəli qərarında (azərbaycan respublikasının qanunvericilik toplusu, 2022, № 9, maddə 1091 (cild i) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. bu qərarda dəyişiklik azərbaycan respublikası prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli fərmanı ilə təsdiq edilmiş “icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.
2. həmin qərarla təsdiq edilmiş “təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və qaydası”nın 3-cü hissəsi üzrə:
2.1. 3.1-ci bənddə “məqsədilə azərbaycan respublikasının kənd təsərrüfatı nazirliyi (bundan sonra – nazirlik) tərəfindən elektron kənd təsərrüfatı informasiya sisteminin (bundan sonra – ektis) tərkibində kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə dair “kənd təsərrüfatı torpaqlarının istifadəsi” altsistemi yaradılır” sözləri “elektron kənd təsərrüfatı” informasiya sistemi (bundan sonra – ektis) vasitəsilə həyata keçirilir” sözləri ilə əvəz edilsin;
2.2. 3.3.6-cı yarımbənddə və 3.5-ci bənddə ismin müvafiq hallarında “nazirlik” sözü ismin müvafiq hallarında “azərbaycan respublikasının kənd təsərrüfatı nazirliyi” sözləri ilə əvəz edilsin.
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “ 25 ” “ fevral ” 2025-ci il
№ 48























