“azərbaycan respublikası prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanı ilə təsdiq edilmiş “azərbaycan respublikasının dövlət gömrük komitəsi haqqında əsasnamə”də dəyişikliklər edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2016-cı il 30 sentyabr tarixli 1050 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası prezidentinin fərmanı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “azərbaycan respublikası prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanı ilə təsdiq edilmiş “azərbaycan respublikasının dövlət gömrük komitəsi haqqında əsasnamə”də dəyişikliklər edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2016-cı il 30 sentyabr tarixli 1050 nömrəli fərmanının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2016, № 9, maddə 1487 (cild i) 2-ci hissəsi ləğv edilsin.
2. azərbaycan respublikasının nazirlər kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 25 fevral 2025-ci il























