bakı, 17 fevral, arhd.media
azərbaycanla türkiyə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib - fərman
prezident ilham əliyev “azərbaycan respublikası hökuməti ilə türkiyə respublikası hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
arhd.media xəbər verir ki, bu fərmanın 1-ci hissəsində göstərilən saziş qüvvəyə mindikdən sonra azərbaycan respublikasının dövlət turizm agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
fərmana əsasən, xarici işlər nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə türkiyə respublikası hökumətinə bildiriş göndərmək tapşırılıb.






















