Səhiyyə - Azərbaycan Respublikası Hüquqi Dövlətdir

Avqustun 8-i Beynəlxalq Oftalmologiya Günüdür
Bakı, 8 avqust, ARHD.AZ

Avqustun 8-i Beynəlxalq Oftalmologiya Günüdür

Avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü kimi qeyd edilir. Dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən oftalmoloqlar bu gün peşə bayramlarını keçirirlər. 2004-cü ildən başlayaraq avqustun 8-nin Beynəlxalq Oftalmologiya Günü kimi qeyd olunması göz cərrahiyyəsi sahəsində böyük uğurlara imza atmış sovet oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

ARHD.AZ xəbər verir ki, bu günün təsis edilməsi ilə bağlı Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidze təşəbbüs irəli sürüb. O, dünya oftalmoloqlarına müraciət ünvanlayaraq onları həmin gün göz xəstələrinə təmənnasız məsləhətlər verməyə, görmə qabiliyyəti zəif olanları müalicə etməyə və belə şəxslərin əməliyyatlarını həyata keçirməyə səsləyib. Belə tədbirlərin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsinin yad olunması məqsədi daşıyıb. Həmin təşəbbüs təkcə Rusiyada deyil, Amerika Birləşmiş Ştatları, Yunanıstan, İtaliya, Çexiya və digər ölkələrdə də dəstəklənib.

Artıq 21 ildir qeyd edilən Beynəlxalq Oftalmologiya Günündə təbabətin bu sahəsində beynəlxalq əlaqələr qurulur, təcrübə mübadiləsi aparmaq üçün imkanlar yaradılır. Bu gün oftalmoloji yardım xəstələr üçün daha əlçatan olur, onlar yüksəkixtisaslı həkimlərin qəbuluna düşə və keyfiyyətli müalicə ala bilirlər. Dünyanın bir çox ölkələrində oftalmoloqlar pulsuz müayinə və əməliyyatlar həyata keçirirlər.

Həmçinin Beynəlxalq Oftalmologiya Günündə oftalmologiyanın problemlərinə, əhalinin görmə ilə bağlı şikayətlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə diqqət yönəldilir.

Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkarlamağa, səmərəli müalicə və profilaktika aparmağa imkan verir. Görmə qabiliyyətini itirməməkdən ötrü zərərli vərdişlərdən uzaq olmaq, gözləri ultrabənövşəyi şüalardan qorumaq üçün yüksəkkeyfiyyətli günəş eynəklərindən istifadə etmək, qanda şəkər, qan təzyiqi və xolesterinin səviyyəsini nəzarətdə saxlamaq, tərkibində A vitamini, Omeqa-3 və antioksidantlar olan qidaların istehlakı tövsiyə olunur. Mütəxəssislər xüsusilə uşaqların 3D filmlərə həddindən artıq baxmağını məsləhət görmürlər.

Ölkəmizdə korluğun və görmə üzrə əlilliyin profilaktikası, həmçinin əhaliyə oftalmoloji yardım daim dövlətin diqqət mərkəzindədir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu sahəyə öz töhfəsini verir. Mərkəz beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Eyni zamanda, kataraktanın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və torlu qişa qopmaları zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır. Bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturlarında aparılan cərrahi əməliyyatların funksional nəticələrini dəfələrlə yüksəldib.

Xərçəngin erkən mərhələdə aşkarlanması məqsədilə tədqiqat aparılacaq
London, 31 iyul, ARHD.AZ

Xərçəngin erkən mərhələdə aşkarlanması məqsədilə tədqiqat aparılacaq

Qan analizi vasitəsilə 10 fərqli xərçəng növünü erkən mərhələdə aşkar etmək mümkün ola bilər.

ARHD.AZ “Independent”ə istinadla xəbər verir ki, Böyük Britaniyada bununla bağlı həyata keçirilən “Enlighten” layihəsi çərçivəsində tədqiqat aparılacaq.

Tədqiqata 1000 xəstənin cəlb edilməsi planlaşdırılır. Mütəxəssislər sınaq zamanı sidik kisəsi, döş, ağciyər, prostat, yumurtalıq, mədəaltı vəzi, qida borusu və böyrək şişləri olan xəstələrdən qan nümunələri götürəcəklər. Bundan əlavə, yoğun bağırsaq şişləri və dəri xərçəngi olan melanom xəstələri də sınağa cəlb ediləcəklər.

Alimlər bildirirlər ki, bu tədqiqat digərlərindən fərqlənəcək və xərçənglə bağlı daha erkən mərhələdə dəqiq diaqnoz qoymaq imkanına malik ola bilər.

Səhiyyə Nazirliyinin nümayəndəsi: Hepatit C tam müalicə oluna bilir
Bakı, 28 iyul, ARHD.AZ

Səhiyyə Nazirliyinin nümayəndəsi: Hepatit C tam müalicə oluna bilir

Qaraciyər orqanizmin “laboratoriyası” hesab olunur. O, qanın təmizlənməsindən tutmuş maddələr mübadiləsinə, immun müdafiədən hormonların tənzimlənməsinə qədər yüzlərlə funksiyanı icra edir. Lakin bu mühüm orqanı zədələyən və çox vaxt uzun müddət gizli şəkildə davam edən xəstəliklərdən biri hepatitdir. Hepatit qaraciyərin iltihabı deməkdir və adətən yaranmasına viruslar səbəb olur. Bu xəstəlik həm qəfil başlayan kəskin, həm də illərlə davam edən xroniki formada özünü göstərə bilər. Hepatit əlamətlərinin yüngül olması səbəbindən çox zaman digər xəstəliklərlə qarışdırılır. Ən çox rast gəlinən simptomlar isə yorğunluq, iştahasızlıq, ürəkbulanma, qarnın sağ yuxarı hissəsində ağırlıq və dərinin saralmasıdır. Xroniki hepatitlərdə isə bu əlamətlər bəzən heç nəzərə çarpmır və xəstə uzun müddət virus daşıyıcısı olduğunu bilmir.

ARHD.AZ xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov deyib.

O qeyd edib ki, hepatitin kəskin və xroniki formaları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Kəskin hepatit, adətən, yoluxmadan sonrakı ilk altı ayda inkişaf edir və bəzi hallarda tam sağalma ilə nəticələnir. Xəstəliyin kəskin formasında gözdə sarılıq, halsızlıq, qaraciyər fermentlərinin on qat və üzəri yüksəlməsi olur. Xroniki hepatit isə altı aydan çox davam edən iltihabdır və qaraciyərdə daimi dəyişikliklər yaradır. Əksər hallarda kəskin hepatit B-dən sağalsa da, uşaqlar yoluxduğu zaman onların əksəriyyəti xroniki daşıyıcı olur. Hepatit B daşıyıcılığı məhz xroniki gedişi nəzərdə tutur, immun sistem və virus aralarında balans yaradır, qaraciyər sabit işini təmin edir. Minimal zədələnmə uzun zaman davam edərsə, qaraciyər ehtiyatları tükənir və ölmüş hüceyrələr fibrioz toxuma ilə əvəzlənir. Buna fibroz, sonrakı mərhələ isə sirroz deyilir.

“Xüsusilə hepatit B və C xroniki gediş zamanı çox təhlükəlidir. Elmi tədqiqatlara görə, dünyada sirroz və qaraciyər xərçəngi hallarının yarıdan çoxunun səbəbi məhz bu iki virusdur. Virus qaraciyər hüceyrələrinə daxil olduqdan sonra immun sistem onları məhv etməyə çalışır. Əslində, qaraciyərə əsas zərəri virus deyil, yoluxmuş hüceyrələri hədəf alan orqanizmin öz müdafiə sistemi vurur. Nəticədə, çapıq toxuması yaranır, qaraciyərin normal strukturu pozulur və zamanla sirroz inkişaf edir. Unutmamalıyıq ki, hepatit C xəstəliyində daşıyıcılıq olmaz. Bu virus varsa, demək xronik iltihab və sonluq isə məlumdur - sirroz. Buna görə, hepatit C aşkarlanan istənilən şəxs müalicə almalıdır. Son müasir dərmanlarla hepatit C virusu üç ay ərzində tam sağala bilir. Hepatit B-nin isə əgər D virusu yanaşı getmirsə, rahatlıqla fəaliyyətini bloklamaq mümkündür. Hepatit Delta, yəni D virusu isə hələ də təbabət qarşısında duran əsas ciddi problem olmaqda davam edir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, hepatit viruslarına yoluxmamaq üçün profilaktika olduqca vacibdir. Əllərin tez-tez yuyulması, çiy və ya çirkli qidalardan uzaq durmaq, yalnız steril tibbi və kosmetoloji alətlərdən istifadə etmək mühüm qaydalardır. Dırnaqtutan, daraq, diş fırçası, qayçı kimi gigiyenik alətlər ayrı saxlanılmalı və individual olmalıdır. Hepatit B-yə qarşı vaksinasiya yoluxmadan qorunmağın ən etibarlı üsuludur. Təəssüf ki, hepatit C üçün hələ vaksin yoxdur. Buna görə də riskli davranışlardan uzaq durmaq lazımdır. “Müalicə ilə yanaşı, hepatit xəstələrinin qidalanması da diqqətdə saxlanmalıdır. Qaraciyərin yükünü azaltmaq üçün qızardılmış və yağlı yeməklərdən imtina etmək, spirtli içkilərdən uzaq durmaq şərtdir. Balıq, toyuq, yumurta və paxlalılar kimi yüksəkkeyfiyyətli zülallar qaraciyərin bərpasına kömək edir. Tam taxıllar, tərəvəzlər və meyvələr enerji və vitamin mənbəyi kimi faydalıdır. Həkim məsləhəti ilə vitamin D və antioksidant dəstəyi də əlavə edilə bilər. Ən vacib məqam: qurudulmuş otlardan və ot bitkilərinin çaylarından uzaq durmaq lazımdır. Çünki hepatit olan qaraciyər zədəli hesab edilir və bu bitki çayları qaraciyərə əlavə toksin yükü deməkdir. Hepatitlərdən qorunmaq vaxtında müayinə və vaksinlə mümkündür”, - deyə mütəxəssis əlavə edib.

İyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günüdür
Bakı, 28 iyul, ARHD.AZ

İyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günüdür

Ümumdünya Hepatitlə Mübarizə Günü hər il iyulun 28-də qeyd edilir.

ARHD.AZ xəbər verir ki, 2010-cu ildən etibarən bu günün hər il iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum tarixi ilə əlaqədardır. Ümumdünya Hepatitlə Mübarizə Gününün məqsədi cəmiyyəti ağır qaraciyər xəstəliklərinə və qaraciyər xərçənginin ən çox yayılmış forması kimi hepatoselüler karsinomaya səbəb olan iltihablı qaraciyər xəstəliyinin yaranmasına səbəb olan müxtəlif viruslar tərəfindən törədilən hepatitlər barədə maarifləndirməkdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Ümumdünya Hepatitlə Mübarizə Gününün builki mövzusu “Hepatit: maneələri yıxın!”dır. Təşkilat bu mövzunu hepatitin aradan qaldırılmasına və qaraciyər xərçənginin effektiv qarşısının alınmasına mane olan maliyyə, sosial və sistem amillərinin (stiqma da daxil olmaqla) aradan qaldırılması üçün təcili tədbirlərə çağırış kimi xidmət edir. Kampaniya bizi hərtərəfli qaraciyər qulluğuna əlçatanlığı yaxşılaşdırmaq və 2030-cu ilə qədər hepatitin ictimai sağlamlıq üçün təhlükə yaratmamasını təmin etmək üçün təcili tədbirlər görməyə çağırır.

Sürətlə artan xəstəliklər qrupuna aid edilən hepatitin A, B, C, D, F və başqa növləri var. Qanla yoluxan hepatit B və C növlərinin müalicəsi daha çətindir. Digər hepatitlərdə olduğu kimi, hepatit C-də həm parental-venadaxili infuziya yolu ilə, həm də qeyri-parental (cinsi yolla) və transplasentar (anadan körpəyə) yoluxma yolu ilə keçə bilər.

Xəstəliyin ilkin spesifik əlamətləri olmasa da, əsasən iştahasızlıq, yorğunluq, zəif ürəkbulanma və halsızlıqdan şikayətlər olur. Bəzi hallarda mədə nahiyəsi dolğun və zəif ağrılı, bəzi hallarda göz və dəridə sarılıq halları ilə özünü büruzə verir. Erkən əlamətlər yoluxmadan ən tez 2, ən gec 6 ay sonra müşahidə edilir.

“Səssiz qatil” adlandırılan hepatit C xəstəliyi uzun müddət orqanizmdə qalır və sonradan ciddi fəsadlara səbəb olur. Əvvəlcə fəal başlayan xəstəlik əksər hallarda səssiz və lal gedişi ilə müşahidə edilir. Aktiv hepatit C keçirən xəstələrin 15-20 faizi tamamilə normal vəziyyətə qayıtsa da, xəstələrin çoxunda hepatit C virusu qandan təmizlənmir və xroniki hala çevrilir, lakin heç də bütün hallarda seroza keçmir. Ancaq onların təxminən 20 faizində qaraciyər serozu və ilk infeksiyadan 30-40 il sonra, hətta 40 yaşdan yuxarı xəstələrdə hepatit C mənşəli xərçəngə çevrilir.

Hepatit virusları bəşəriyyətin sağlamlığı üçün əsas risk amillərindən biri hesab edilir. ÜST Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikasının və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.

Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlər görülür. Həmin tədbirlərə hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkili daxildir.

Hande Harmancı: HPV peyvəndinin Azərbaycanda tətbiq edilməsi ilə bağlı müzakirələr aparırıq
Bakı, 15 iyul, ARHD.AZ

Hande Harmancı: HPV peyvəndinin Azərbaycanda tətbiq edilməsi ilə bağlı müzakirələr aparırıq

Uşaqlıq boynu xərçənginə qarşı HPV peyvəndinin Azərbaycanda tətbiq edilməsi ilə əlaqədar Səhiyyə Nazirliyi ilə müzakirələr aparırıq. Nazirlik bu peyvəndin tətbiq olunması ilə bağlı müsbət mövqedədir.

ARHD.AZ xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı media nümayəndələri ilə görüşdə bildirib.

O hazırda ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən əhalinin HPV vaksini ilə əlaqədar fikirlərini öyrənmək üçün sorğunun aparıldığını deyib. Qeyd edib ki, bu sorğu nəticəsində əhalidən HPV peyvəndi ilə bağlı alınan rəylər önəmli olacaq: "HPV vaksini uşaqlıq boynu xərçəngindən qorunmaq üçün çox vacibdir. Hesab edirəm ki, bir neçə il ərzində bu vaksinin tətbiqi Azərbaycanda dövlət proqramına salına bilər".

Səhiyyə Nazirliyi: Aşura günündə 2 min 696 nəfərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub
Bakı, 5 iyul, ARHD.AZ

Səhiyyə Nazirliyi: Aşura günündə 2 min 696 nəfərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub

Azərbaycanda Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası yekunlaşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, Aşura günündə ümumilikdə 2 min 696 nəfər könüllü qan verib. Həmin şəxslərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub.

Qeyd edək ki, aksiya qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxil edilib.

Azərbaycana bəzi ölkələrdən məhsul idxalına müvəqqəti məhdudiyyət qoyulub
Bakı, 15 aprel, ARHD.AZ

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə ARHD.AZ-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün həmin ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA: Heyvan və quş qripi xəstəliyi ilə əlaqədar bəzi ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub
Bakı, 2 aprel, ARHD.AZ

AQTA: Heyvan və quş qripi xəstəliyi ilə əlaqədar bəzi ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Çin Xalq Respublikasının Sincan Uyğur muxtar regionunda xırdabuynuzlu heyvanların taun, Andorra Knyazlığının Ordino inzibati ərazi vahidində blutanq, Tunis Respublikasının Aryana, Ben-Arous, Beca, Qafsa, Cenduba, Mahdiya, Manuba, Sfax, Silyana, Susa, Zaqvan, Kebili, Medenin vilayətlərində, Koreya Respublikasının Collanam-do əyalətində, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında isə dabaq xəstəliyi aşkarlanıb.

Bu barədə ARHD.AZ-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bundan başqa, Polşa Respublikasının Podkarpatsk, Malopolsk inzibati ərazilərində, Şimali Makedoniya Respublikasının Poloq regionunda Nyukasl, Kamboca Krallığının Kamponq Çnanq, Prea Sianuk əyalətlərində, Şotlandiyanın Haylənd inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında, Polşa Respublikasının Sventokşisk inzibati ərazisində, Nigeriya Federativ Respublikasının Kaduna, Zamfara ştatlarında, Toqo Respublikasının Mərkəz, Maritaym vilayətlərində, Banqladeş Xalq Respublikasının Kxulna vilayətində, Hindistan Respublikasının Karnataka ştatında, Toqo Respublikasının Maritaym vilayətində, İngiltərənin Şimal-Şərqi İngiltərə regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, onlara aid məhsulların, habelə diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər
1 / 11

Bakı, 15 mart, ARHD.AZ

Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 15-də işini panel iclaslarla davam etdirib.

ARHD.AZ xəbər verir ki, UNESCO-nun Rasizmə Qarşı Şəhərlərin Koalisiyası təşkilatının rəhbəri Benedetto Zaçirolinin moderatorluğu ilə keçirilən sessiya "Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr" mövzusuna həsr olunub.

Panel sessiyada çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev səhiyyə sənayesinin texnoloji irəliləyişlərin, məlumatlara əsaslanan qərarların qəbulu və fərdiləşdirilmiş tibbin birləşməsi ilə formalaşacağını bildirib. O, süni intellekt və real həllərin ən mühüm töhfələrindən birinin ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi yolu ilə tibbi xidmətlərə çıxışın genişləndirilməsi olacağını diqqətə çatdırıb.

Nazir bildirib ki, pandemiya və xəstəliklərin yayılması kimi qlobal səhiyyə böhranı dağıdıcıdır. Eyni zamanda, müsbət dəyişikliklər üçün imkanlar yaradılır. Bu böhranlar vaksinlərdə, müalicə üsullarında və tibbi texnologiyalarda təcili yeniliklərə təkan verir.

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Suzan Qrinfild çıxışında rəqəmsal transformasiyanın dünyada baş verən dəyişikliklərə uyğun olaraq insan beyninə təsir göstərdiyini söyləyib. Qeyd edib ki, dünyada baş verən hadisələr müsbət məcrada gedirsə, insan beyni buna köklənir, lakin neqativ tendensiyalar beynin qavrama və analiz etmə funksiyalarına mənfi təsir edə bilər.

Qrinfild, həmçinin rəqəmsal texnologiyaların inkişafı ilə paralel olaraq beynin sağlamlığına yönəlmiş elmi araşdırmaların və maarifləndirmə tədbirlərinin vacibliyini də vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin deyib ki, inkişafın istiqamətləri bu gün düşünülməli, həm də qidalanma məsələsi təşviq edilməlidir. Düzgün qidalanma xüsusilə ucqar rayonlarda yaşayan yoxsul analar üçün vacibdir. İlk növbədə, onlar tam çəkiyə uyğun körpələr həyata gətirəcək. İkincisi, həmin körpələr ana südü ilə qidalana biləcəklər.

"Bütün bunlar çox vacibdir. Problemlərin ilk təzahürləri məhz buradadır. Bu gün teletibb və süni intellektlə keçmiş illərdə mümkün olmayan rabitə şəbəkələrinə çatmaq imkanımız var”, - deyə İsmail Serageldin əlavə edib.

Moldovanın sabiq Baş naziri Çiril Qaburici bildirib ki, kiçik və ya kasıb ölkələr maliyyə vəsaiti əldə etməkdə çətinlik çəkirlər. Məlumatların paylanması bərabər deyil və çoxlu problemlər var. O, səhiyyə siyasəti, düzgün protokollar, səhiyyə xidmətlərinə çıxış və onların saxlanılması baxımından əlavə işlər görülməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, eyni zamanda, dövlət qurumları da ictimaiyyətə lazımi dəstəyi verməlidir.

İsrailin sabiq Prezidenti, Knessetin keçmiş sədri (2006-2009), Hadassah Tibb Təşkilatının İdarə Heyətinin sədri Daliya İtzik qlobal səhiyyə məsələsinin son dərəcə vacib olduğunu bildirib. Qeyd edib ki, dünya pandemiyalar, iqlim dəyişikliyi və müxtəlif səhiyyə siyasətlərinin tətbiqi fonunda bu cür problemlərlə üzləşməyə davam edir.

“Mən birlikdə fəaliyyət göstərməyin çox vacib olduğunu düşünürəm. Xristian, müsəlman, yəhudi - hər kəs eyni vaxtda eyni müalicəni ala bilər. Nə qədər çox əməkdaşlıq etsək, işimiz dünyaya gözəl bir mesaj olacaq”, - deyə Daliya İtzik əlavə edib.

Qlobal Əməkdaşlıq Forumunun prezidenti və CEO-su Amir Dossal Azərbaycanın səhiyyə sektorunda gördüyü işlər, süni intellekt sahəsindəki nailiyyətləri barədə məlumat aldığını, ölkəmizdə bu sahədə görülən tədbirlərin təqdirəlayiq olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan bu sahədə digər ölkələrə kömək edə bilər.

"Hazırda 700 milyon insan qidalanma çatışmazlığından əziyyət çəkir. Biz bunun qarşısının alınması məsələsini yetərincə müzakirə etmirik. Düşünürəm ki, səhiyyənin milli mülkiyyətə çevrilməsi ilə biz bu problemin qarşısının alınması imkanlarını daha da artırırıq", - deyə Amir Dossal diqqətə çatdırıb.

Hadassah Tibb Təşkilatının Baş direktoru Yoram Veiss bildirib ki, dünyada təkcə demoqrafik dəyişikliklər getmir, həmçinin elm də dəyişir. Elm həm də epidemiyanın baş verməsi, yeni bir pandemiya ehtimalı yaradır və hər kəs bunun fərqində olmalıdır.

"Bununla yanaşı, antimikroblardan istifadə çox problemlidir. Ona görə də bu məsələnin fərqində olmalıyıq", - deyə Y.Veiss vurğulayıb.

Sessiya müzakirələrlə davam edib.

14:34

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu üçüncü günündə işini panel iclaslarla davam etdirir.

ARHD.AZ xəbər verir ki, UNESCO-nun Rasizmə Qarşı Şəhərlərin Koalisiyası təşkilatının rəhbəri Benedetto Zaçirolinin moderatorluğu ilə keçirilən sessiya “Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr” mövzusuna həsr olunub.

Panel sessiyada BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Böyük Britaniyanın Lordlar Palatasının üzvü Suzan Qrinfild, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin, İsrailin sabiq Prezidenti, Knessetin keçmiş sədri (2006-2009), Hadassah Tibb Təşkilatının İdarə Heyətinin sədri Daliya Itzik, Qlobal Əməkdaşlıq Forumunun prezidenti və CEO-su Amir Dossal, Moldovanın sabiq Baş naziri Çiril Qaburici, Hadassah Tibb Təşkilatının Baş direktoru Yoram Veissin çıxışları dinləniləcək.

Teymur Musayev: Saxta sertifikatlı plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyası apreldə rəsmi açıqlama verəcək
Bakı, 15 mart, ARHD.AZ

Teymur Musayev: Saxta sertifikatlı plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyası apreldə rəsmi açıqlama verəcək

Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Komissiyanın artıq 9 iclası baş tutub.

ARHD.AZ xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

“Demək olar ki, sənədlərini təqdim etmiş əksər mütəxəssislərlə görüşlər keçirilib.

Onların sənədləri təftiş olunub. Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq və Səhiyyə Nazirliyi bu təhqiqatlarla əlaqədar rəsmi açıqlama verəcək”, - deyə T.Musayev əlavə edib.

Nazir xatırladıb ki, ötən il dekabrın 18-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Akademiyasının açılışı olub. “Azərbaycan həmin akademiyanın onlayn istifadəsini tətbiq etmək istəyir. Bu barədə ÜST ilə razılığa gəlinib. Onlayn akademiyada əsasən iqlim dəyişikliyinin qlobal səhiyyəyə təsirləri öyrəniləcək”, - deyə Teymur Musayev əlavə edib.