bakı, 15 mart, arhd.media
nazir: azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur
azərbaycan səhiyyəsində məqsədli şəkildə rəqəmsallaşma gedir və süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur. bu, müəyyən mərhələlərdə hətta müəyyən istiqamətlərdə, əsasən, hələlik radiologiyada tətbiq olunur.
arhd.media xəbər verir ki, bunu xii qlobal bakı forumu çərçivəsində jurnalistlərə açıqlamasında səhiyyə naziri teymur musayev deyib.
“inanırıq ki, yaxın zamanlarda bu tətbiq digər tibbi sahələri də əhatə edəcək”, - deyə nazir bildirib.
tibbi sığorta zərfində xidmətlərin genişləndiriləcəyini diqqətə çatdıran nazir deyib: “hazırda tibbi sığorta zərfinə 3315-dən çox tibbi xidmət daxil edilib. ildən-ilə bu siyahı genişləndirilir. inanırıq ki, bu il də siyahıya müəyyən tibbi xidmətlər əlavə ediləcək”.























