bakı, 10 fevral, arhd.media
azərbaycan-iran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
pakistan islam respublikasının kəraçi şəhərində keçirilən “aman-25” çoxmillətli dəniz təlimi və “aman” dialoqu çərçivəsində azərbaycan hərbi dəniz qüvvələri (hdq) komandanının birinci müavini - qərargah rəisi birinci dərəcəli kapitan teymur mürşüdov iran islam respublikası hdq komandanı kontr-admiral şəhram irani ilə görüşüb.
müdafiə nazirliyinin mətbuat xidmətindən arhd.media-a verilən məlumata görə, görüşdə hər iki ölkənin regional maraqlarını özündə birləşdirən xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsi üçün azərbaycan-iran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə dəniz sularında birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd edilib.
tərəflər görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.























