bakı, 28 may, arhd.media
islamabad şəhərində azərbaycan respublikasının müdafiə nazirliyi ilə pakistan islam respublikası silahlı qüvvələrinin birləşmiş qərargahı arasında “11-ci işçi qrupu səviyyəli görüşü” keçirilib.
müdafiə nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən arhd.media-a verilən məlumata görə, nazirliyin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti pakistan islam respublikası silahlı qüvvələri birləşmiş qərargahının xarici hərbi əməkdaşlıq baş idarəsinin rəisi ilə görüşüb.
görüşdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyət və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. tərəflər əməkdaşlığın genişləndirilməsi və daha da dərinləşdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıblar.
görüşün yekununda “11-ci işçi qrupu səviyyəli görüşün protokolu” imzalanıb.

























