azərbaycan və italiya xtq mənsubları görüşüblər

bakı, 23 may, arhd.media


azərbaycan və italiya xüsusi təyinatlı qüvvələrinin (xtq) nümayəndələri arasında ekspert görüşü keçirilib.

müdafiə nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən arhd.media-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar xtq-nin “n” hərbi hissəsini ziyarət ediblər.

əvvəlcə ulu öndər heydər əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb.

italiya nümayəndə heyətinə xtq-nin yaranma tarixi və keçdiyi döyüş yolundan bəhs edən brifinq təqdim edilib. qonaqları maraqlandıran suallar cavablandırılıb.

ekspert görüşü zamanı birgə əməkdaşlıq və maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

nümayəndələr xtq mənsublarının təchizatı və istifadəsində olan pua, silah və digər vasitələrlə tanış olublar.

italiya nümayəndə heyəti, həmçinin azərbaycan xtq mənsublarının döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyib.

Baxış sayı: 3 520

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə