bakı, 9 aprel, arhd.media
azərbaycan ordusunun mövqeləri gorus istiqamətindən atəşə tutulub
aprelin 9-u saat 19:25-dən 19:35-dək ermənistan silahlı qüvvələrinin bölmələri gorus rayonunun xəznəvar və xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən azərbaycan ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
müdafiə nazirliyindən arhd.media-a bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.























