bakı, 17 mart, arhd.media
mn: ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub video
ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub.
arhd.media xəbər verir ki, bu barədə müdafiə nazirliyi (mn) məlumat yayıb. bildirilib ki, martın 17-si saat 17:25-dən 21:45-dək ermənistan silahlı qüvvələrinin bölmələri qarakilsə rayonunun saybalı, çənbərək rayonunun vaqan və basarkeçər rayonunun istisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən azərbaycan ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.























