Mədəniyyət - Azərbaycan Respublikası Hüquqi Dövlətdir