Bu gün mərhum Əməkdar artist Cabir İmanovun doğulduğu gündür. 


“ARHD.MEDiA” xəbər verir ki, 7 ay əvvəl vəfat edən sənətçinin dostları sosial şəbəkələrdə onunla bağlı xatirələrini bölüşüblər. 


Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. O, 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. 


C.İmanov ötən ilin oktyabrında idman zalında infarkt keçirərək vəfat edib. İki dəfə ailə həyatı quran mərhum sənətçinin 4 övladı var.

 

Baxış sayı: 2 885

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə