Türkiyəli aktrisa Beren Saat ilk albomu “Exuberance”ı dinləyicilərə təqdim edib. 


“ARHD.MEDiA” Türkiyə mətbuatına istinadən xəbər verir ki, təqdimatda Kenan Doğulu, Ozan Doğulu, Boran Kuzum, Esra Dermancıoğlu, Gülcan Arslan, Beyza Şekerci, Engin Hepileri, Burak Kut və Ayfer Dönmez kimi tanınmış simalar iştirak edib.


Gecə ərzində albomda yer alan mahnılar səsləndirilib. Təqdimat zamanı layihəni müşayiət edən vizual konsepsiya və yaradılış prosesi barədə məlumat verilib. Beren isə layihənin ilham mənbələri və yaradıcılıq hekayəsini qonaqlarla bölüşüb.


Albom Türkiyədə ilk dəfə təşkil olunan xüsusi səs effektləri ilə təqdim olunub.

 

Baxış sayı: 3 391

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə