Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.


Sənətkarın köməkçisi Yaqut İmanovanın “ARHD.MEDiA”ya verdiyi məlumata görə, hazırda onun müalicə prosesi davam edir və evə buraxılacağı tarix hələ dəqiqləşməyib.


“Dərmanlar verilir, aparatlardan keçirilir, müayinələr edilir. Yəqin ki, 10 günə evə buraxılacaq. Bunu nə mən, nə də həkimləri dəqiq deyə bilmərik”, - Xalq artistinin köməkçisi deyib.


O qeyd edib ki, ustad sənətkarın iyunun 20-si Yaşıl Teatrda baş tutacaq bir ifalıq çıxışı sentyabra təxirə salınıb.


Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib.

Baxış sayı: 3 290

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə