“Qalatasaray” futbol klubunun çempionluq şənlikləri üçün dünyaşöhrətli müğənni Dua Lipa ilə danışıqlara başladığı bildirilib.


“ARHD.MEDiA” xəbər verir ki, Türkiyə Super Liqasında 26-cı çempionluğunu elan etməyə hazırlaşan “sarı-qırmızı”lılar möhtəşəm bayram proqramı üçün xüsusi hazırlıq görür.


Məlumata görə, “Qalatasaray” rəhbərliyi çempionluq kubokunun təqdim ediləcəyi gecədə səhnə alması üçün Dua Lipaya 2 milyon dollar (3,4 milyon manat) təklif edib.


İddialara əsasən, məşhur sənətçinin tədbirdə 4 mahnı ifa etməsi planlaşdırılır.


Türkiyəli jurnalist Yakup Çınar bildirib ki, tərəflər arasında aparılan ilkin danışıqlar müsbət istiqamətdə davam edir və sənətçinin təklifə isti yanaşdığı qeyd olunur.


Qeyd edək ki, “Qalatasaray” bu gecə “RAMS Park” stadionunda “Antalyaspor”la qarşılaşacaq. Komanda oyunda qələbə qazanacağı təqdirdə çempionluğunu rəsmiləşdirə bilər.

Baxış sayı: 2 984

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə