İlin ən böyük moda gecəsi olan “Met Qala” başlayıb.


“ARHD.MEDiA” xəbər verir ki, Metropoliten İncəsənət Muzeyinin Kostyum İnstitutuna xeyriyyə məqsədilə təşkil edilən “Met Qala” hər il fərqli bir mövzu və geyim kodu ilə keçirilir.


Hər il may ayının ilk bazar ertəsi günü keçirilən moda tədbiri artıq başlayıb.


Builki “Met Qala”ya ev sahibliyini Anna Vintur, Beyons, Nikol Kidman və Vinnus Uilyams kimi məşhurlar edəcəklər.


Hər il fərqli bir mövzu ilə keçirilən “Met Qala”nın 2026-cı il mövzusu “Kostyum sənəti” olaraq müəyyən edilib. Builki “Moda sənətdir” geyim kodu qonaqları geyim vasitəsilə yaradıcı ifadə forması yaratmağa və qırmızı xalını canlı qalereyaya çevirməyə təşviq edir.


1948-ci ildən bəri keçirilən “Met Qala”da telefon istifadə etmək və selfi çəkmək qadağandır. Bu, tədbirin diqqət mərkəzindəki dizaynlara tam fokuslanmasını təmin edir.


2026-cı ilin “Met Qala”sına Rihanna, Bəd Banni, Leydi Qaqa, Cici Hadid kimi məşhurlar qatılıb. 


10 ildən sonra Beyons “Met Qala”da iştirak edərək gecəyə xüsusi rəng qatıb.


İlin ən çox gözlənilən gecəsindən fotoları təqdim edirik:

 

Baxış sayı: 2 775

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə