Şahzadə Harrinin həyat yoldaşı, Sasseks hersoginyası Meqan Marklın Avstraliyaya səfəri çərçivəsində keçirilən tədbirlərdə pərəstişkarların onunla görüş və foto çəkdirmək üçün 1700 funt-sterlinqə (təxminən 3900 manat) qədər ödəniş etdiyi bildirilib.


“ARHD.AZ”ın məlumatına görə, Sidneydə təşkil olunan xüsusi tədbirdə premium biletlərə sual-cavab sessiyasında iştirak, ön sırada oturacaq və hersoginya ilə selfi imkanı daxil olub.


İştirakçılar üçün ən yüksək paketlərin qiymətinin 1700 funt-sterlinq olduğu qeyd edilir.


Şahzadə Harrinin da qatıldığı tədbirdə foto çəkilişlərinə məhdudiyyət qoyulduğu bildirilib. Tədbir zamanı Meqan Marklın çıxışı və iştirakçılarla ünsiyyəti diqqət çəkib.


Təşkilatçılar tərəfindən hersoginyanın tədbirdə iştirakını təmin etmək üçün ayrıca maliyyə ödənişlərinin həyata keçirildiyi də iddialar arasındadır. Proqram çərçivəsində yoqa seansları, motivasiya görüşləri və müxtəlif ictimai fəaliyyətlər təşkil olunub.


Meqan Markl çıxışı zamanı ictimai təzyiq və tənqidlərdən danışaraq, uzun müddətdir bu vəziyyətlə üzləşdiyini bildirib və sosial medianın təsirinə diqqət çəkib.

Baxış sayı: 2 691

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə