Xəbər verdiyimiz kimi, hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rasim Balayevlə vida mərasimi keçirilir.
“ARHD.AZ”ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.
Qeyd edək ki, aktyor ötən gün 78 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.























