məlum olduğu kimi, ötən gün görkəmli tarixçi alim ilber ortaylı vəfat edib.
“arhd.media”ın məlumatına görə, türk dünyasının ortaq yaddaşını təmsil edən 78 yaşlı professorun elmi fəaliyyətində azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatına həsr olunmuş araşdırmalar da xüsusi yer tutur.
i.ortaylı dəfələrlə azərbaycana səfər edib, ölkəmizin tanınmış simaları və elm adamları ilə sıx əlaqələri olub. həmin əlaqələr ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayıb.
bu məqamda sosial şəbəkələrin azərbaycan seqmentində ilber ortaylı, xalq şairi bəxtiyar vahabzadə, xalq yazıçıları əzizə cəfərzadə və elçin əfəndiyev, azərbaycan rəssamlar ittifaqının sədri fərhad xəlilov, həmçinin digər ədiblərin yer aldığı foto yenidən yayımlanıb.
həmin şəkil “vətən” xaricdə yaşayan həmvətənlərlə azərbaycan mədəni əlaqələr cəmiyyəti tərəfindən 1988-ci ildə mirzə fətəli axundzadənin anadan olmasının 175 illiyi keçirilən zaman “ədəbiyyat” qəzetinin fotomüxbiri rasim sadıxov tərəfindən çəkilib.
i.ortaylı o zaman istanbulda topqapı muzeyinin direktoru vəzifəsini icra edirdi.
sözügedən fotonu təqdim edirik:























