məşhur türkiyəli müğənni ibrahim tatlıses “kanal d”də yayımlanan “bazar gəzintisi” proqramında şəxsi həyatı və yaşadığı çətinliklər barədə danışıb.


“arhd.media” xəbər verir ki, tatlıses istanbuldan izmirə köçməsinin səbəbini, izmir həyatını və ailə içi narazılıqları izləyicilərlə bölüşüb.


istanbuldan ayrılma qərarını “xəyanət yaşadım” sözləri ilə izah edən tatlıses izmirdə də tam rahat olmadığını bildirib. o, 4 milyon dollar dələduzluğa məruz qaldığını və yaşadığı çətinlikdən sonra daha ehtiyatlı davrandığını söyləyib:


“mən mərhəmətliyəm, amma vicdanım müəyyən şeylər etməyə icazə vermir. pulum heç vaxt tükənmir, sadəcə azalır”.


tatlıses həmçinin ailəsi ilə bağlı narazılıqlarını da dilə gətirib. o, oğlu əhməd tatlının manisadakı 5 mənzilini satdığını, amma qardaşlarına pay vermədiyini iddia edib:


“qohumların bir-birinə etdiyini əqrəb belə etməz”.


o, qızı dilan çıtak barədə də fikirlərini bölüşüb:


“problemi olanda “mən ibrahim tatlısesin qızıyam” deyir, amma çətinlik çəkməyəndə “mən onu tanımıram” deyir”.


tatlısesin izmirin narlıdere rayonundakı lüks bir kompleksdə yerləşən mənzilində əvvəlki dövrdə böyük yanğın baş verib. 168 mənzilli kompleksdə 40 mənzil ciddi ziyan görüb. tatlıses o zaman istanbulda olub.


müğənni evinin tamamilə təmir olunduğunu qeyd edib və yanğın zamanı ən çox 15 banka turşusunun yanmasına təəssüfləndiyini bildirib.

Baxış sayı: 2 176

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə