Qahirə, 19 may, ARHD.AZ


Qahirədə Britaniya Beynəlxalq məktəbində 30-dan çox ölkənin təmsilçilərinin iştirakı ilə mədəniyyət tədbiri keçirilib.

ARHD.AZ xəbər verir ki, Böyük Britaniya, Misir, ABŞ, İtaliya, Braziliya, Niderland, İspaniya, Rusiya, Cənubi Koreya, Malayziya, İndoneziya, Azərbaycan və digər dövlətlərin guşələri qurulub. Şagirdlər, onların ailə üzvləri və müəllimlər milli geyimlərdə qonaqlara ölkələrinin mədəni zənginliyini, adət-ənənələrini, milli mətbəxlərini təqdim ediblər.

Azərbaycanın Qahirədəki səfirliyinin dəstəyi ilə hazırlanmış guşədə qonaqlar məşhur təamlarımızın dadına baxıb, Azərbaycan çayı ilə şirniyyatlara qonaq ediliblər. Təqdim olunan suvenirlər uşaqların böyük marağına səbəb olub.

Baxış sayı: 5 389

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə