şəki, 13 may, arhd.media
mayın 13-də şəki şəhər icra hakimiyyəti və şəki-zaqatala regional mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə azərbaycanın görkəmli rəssamı mirzə qədim irəvaninin 200 illik yubileyi münasibətilə rəsm sərgisi açılıb.
şəki şəhər heydər əliyev mərkəzində təşkil olunan sərgidə icra hakimiyyətinin və regional idarənin rəhbər şəxsləri, rəssamlar, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.
bu barədə arhd.media-ın bölgə müxbirinə şəki-zaqatala regional mədəniyyət idarəsindən məlumat verilib.
bildirilib ki, tədbirdə çıxış edənlər m.q.irəvaninin yaradıcılığından geniş söz açıblar. qeyd olunub ki, irəvani azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. o, bir çox sahələri əhatə edən yaradıcılığında klassik şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək, orijinal üslub formalaşdırıb, azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyub. rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.
sərgidə şəki şəhər uşaq incəsənət məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin rəssamın əsərlərini əks etdirən rəsmləri sərgilənib.
tədbirdə şəhər 2 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında maraqlı musiqi kompozisiyaları təqdim olunub.

































