istanbul, 13 may, arhd.media
istanbulun ən böyük mədəniyyət məkanı olan atatürk mədəniyyət mərkəzində (akm) görkəmli azərbaycan bəstəkarı ilyas mirzəyevin konsert proqramı təşkil edilib.
arhd.media xəbər verir ki, bəstəkarın doğum günündə təşkil edilən proqramda ilyas mirzəyevlə yanaşı ankaranın musiqi və incəsənət universitetinin (müzik ve güzel sanatlar üniversitesi) rektoru professor erhan özdenin də neydə ifası dinlənilib.
tədbirin rəsmi hissəsində çıxış edən akm-nin bədii rəhbəri remzi buharalı azərbaycanlı bəstəkarın yaradıcılığı barədə tamaşaçılara məlumat verib.
bildirilib ki, ilyas mirzəyev beş simfoniya, 12 konsert və çox sayda fərqli əsərin müəllifidir. o, bir çox festivalda ilyas mirzəyevlə birgə konsertlərdə iştirak etdiyini də xatırladıb.
konsertdə ilyas mirzəyevin türkiyənin tanınmış kardioloqu, professor barbaros dokumacıya həsr olunan yeni, “humanizm” əsərinin də təqdimatı olub. proqramda caz əsərlərindən əlavə, türkiyənin fərqli musiqi nümunələri də yer alıb.























