qahirə, 6 may, arhd.media



azərbaycan qahirədə d-8 təşkilatının turizm nazirlərinin iclasında təmsil olunub


mayın 5-dən 6-dək qahirədə d-8 iqtisadi əməkdaşlıq təşkilatının yüksək səviyyəli rəsmilərinin 5-ci görüşü və turizm nazirlərinin 4-cü iclası keçirilib.

arhd.media xəbər verir ki, tədbirdə təşkilata üzv dövlətlərin turizm nazirləri və bu sahəyə cavabdeh qurumların rəhbərləri iştirak ediblər. iclasda azərbaycanı dövlət turizm agentliyinin sədrinin müşaviri kənan quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

tədbirdə çıxış edən kənan quluzadə iqtisadiyyatın əsas sahələrindən biri kimi turizmin inkişafına dövlət tərəfindən diqqət ayrıldığını qeyd edərək ölkəmizin son illərdə irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

o, cop29-a ev sahibliyi edən ölkə kimi azərbaycanın xüsusi səyi nəticəsində cop tədbirləri tarixində ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyinə salınması, indiyədək 70-dən çox ölkənin tərəfdar çıxdığı “turizm sektorunda təkmilləşdirilmiş iqlim fəaliyyəti üzrə cop29 bəyannaməsi” haqqında məlumat verərək d-8 təşkilatının üzvlərini bəyannaməyə qoşulmağa çağırıb.

kənan quluzadə, həmçinin iştirakçılar 2026-cı ildə birləşmiş millətlər təşkilatının ümumdünya şəhərsalma forumunun bakı şəhərində keçiriləcək 13-cü sessiyasında (wuf13) iştirak etməyə dəvət edib. sədr müşaviri qeyd edib ki, azərbaycan d-8 iqtisadi əməkdaşlıq təşkilatı çərçivəsində üzv ölkələrlə turizm əlaqələrinin inkişafına töhfə verməyə hazırdır.

iclasın sonunda üzv ölkələr arasında turizm sahəsində qarşılıqlı əməkdaşlıq və regional inkişaf sahəsində yeni imkanlar yaratmağı nəzərdə tutan “d-8 turizm əməkdaşlığı 2025 üzrə qahirə bəyannaməsi” qəbul edilib və türkiyənin antalya şəhəri 2025-ci il üçün təşkilatın turizm şəhəri seçilib.

qeyd edək ki, 2025-ci ilin ilk rübündə d-8 iqtisadi əməkdaşlıq təşkilatına üzv olan ölkələrdən azərbaycana 160 mindən çox xarici ziyarətçi gəlib.

xatırladaq ki, ötən ilin dekabrında misirin paytaxtı qahirədə inkişaf etməkdə olan səkkiz ölkənin iqtisadi əməkdaşlıq təşkilatının (d-8) xi sammiti zamanı azərbaycan yekdilliklə d-8 təşkilatının üzvü seçilib.

d-8 iqtisadi əməkdaşlıq təşkilatı doqquz müsəlman ölkəni birləşdirir. təşkilatın təməli türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də istanbulda banqladeş, indoneziya, iran, malayziya, misir, nigeriya və pakistanın əməkdaşlığı ilə təşkil edilən inkişaf əməkdaşlıq konfransında atılıb. 1997-ci il iyunun 15-də istanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. təşkilatın katibliyi istanbul şəhərində yerləşir. təşkilata hazırda misir sədrlik edir.

Baxış sayı: 6 389

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə