Azərbaycan mədəniyyətinə ağır itki üz verib.


“ARHD.MEDiA” xəbər verir ki, Xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev 94 yaşında İsraildə vəfat edib.


Tofiq Mirzəyev Azərbaycan kino və televiziya sənətinin görkəmli simalarından biri kimi uzun illər milli mədəniyyətin inkişafına mühüm töhfələr verib.


O, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər filmlərdə yaratdığı yaddaqalan obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub.


Tofiq Mirzəyev aktyorluq fəaliyyəti ilə yanaşı, televiziya rejissoru kimi də çalışaraq milli ekran mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb.


Allah rəhmət eləsin!

Baxış sayı: 2 885

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə