Türkiyəli məşhur aktrisa Bergüzar Korel sosial şəbəkə hesabında həyat yoldaşı, tanınmış aktyor Halit Ergençlə bağlı maraqlı anları izləyiciləri ilə bölüşüb.


“ARHD.MEDiA” xəbər verir ki, onun paylaşdığı videoda məşhur aktyorun getdiyi hər yerə üç fərqli termos apardığı əksini tapıb.


Ergençin yanında soyuq qəhvə, isti qəhvə və buzlu su üçün ayrıca qablar daşıdığı diqqət çəkib.


Aktrisa zarafatla paylaşımına “Hər yerə litrlərlə maye ilə gedirik” qeydini əlavə edib.


Ərinin bu vərdişinə təəccüblənən Bergüzar Korel videoda ona “Bunların hamısını çöldə içsəydin, nə olardı?” sualını ünvanlayıb.


Halit Ergenç isə həyat yoldaşının sualına gülümsəyərək qısa və səmimi cavab verib: “Xoşlayıram”.


Məşhur cütlüyün gündəlik həyatından olan bu yumorlu dialoq sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Baxış sayı: 2 882

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə