Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin keçirdiyi tədbirlər nəticəsində qanunsuz yaşayan 50 əcnəbi vətəndaş saxlanılıb.


“ARHD.MEDiA” Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əcnəbilər arasında azərbaycanlılar da var.


Nazirliyin yaydığı məlumata görə, Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları da saxlanılanlar arasındadır.


Bildirilib ki, həmin şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzinə yerləşdirilib.


Hazırda onların deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.


Məlumata görə, həmin şəxslər Gürcüstan ərazisində hüquqi əsas olmadan yaşayırdılar.

Baxış sayı: 3 230

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə