abş ilə davamlı sülhün əldə olunması məqsədilə keçiriləcək danışıqlarda iştirak edəcək iran nümayəndə heyəti isveçrəyə gəlib.


“arhd.media” xəbər verir ki, isveçrə xarici işlər nazirliyi iran nümayəndə heyətinin ölkəyə gəlişini təsdiqləyərək, onları rəsmi şəkildə qarşıladıqlarını bildirib.


məlumata görə, danışıqlar isveçrənin bürgenştok şəhərində keçiriləcək.


iran mediası da səfəri təsdiqləyib və nümayəndə heyətinə iran parlamentinin sədri məhəmməd baqer qalibafın rəhbərlik edəcəyi gözlənildiyini açıqlayıb.


danışıqlarda abş ilə iran arasında davamlı sülh, nüvə proqramı, regional təhlükəsizlik və digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.


qalibaf “x” sosial şəbəkə hesabında minab şəhərindəki hadisələr və şəhidlərin xatirəsinə dair emosional paylaşım edib. o yazıb ki, minabın məzlum övladlarını və iranın bütün şəhidlərini hər zaman öz hərəkətlərinin “müşahidəçisi” kimi görür: “mən minabın məzlum övladlarını və əziz iranın bütün şəhidlərini hər zaman hərəkətlərimin və davranışlarımın müşahidəçisi hesab edirəm. onlar bizi görür və gözləyirlər. allah məni məzlum şəhidlərdən və iran millətindən utandırmasın”.


o, paylaşımını “#minab168” həştəqi ilə minab məktəbi uşaqlarının xatirəsinə həsr edib.

 

Baxış sayı: 3 149

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə