ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“arhd.media”nın məlumatına görə, qəza rayonun xıdırlı kəndi ərazisində qeydə alınıb.
məlumata görə, hərəkətdə olan “hyundai” markalı avtomobil qarşıdan gələn “vaz-2106” markalı maşınla toqquşub.
qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb. yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.
ölən şəxslərin hərbçi olduqları bildirilir.
fhn-nin qarabağ regional mərkəzinin xilasediciləri avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.
faktla bağlı araşdırma aparılır.























