Ötən gün Bakının Xəzər rayonu ərazisində, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.


“ARHD.MEDiA”nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 5-də saat 15:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xəzər rayonu ərazisindən çağırış qeydə alınıb.


"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 36 yaşlı şəxsə (kişi) yerində yardım olunub, 46 yaşlı şəxs (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. 33 yaşlı şəxs (qadın) isə hospital olunmaqdan imtina edib.


Sabunçu Tibb Mərkəzində döş qəfəsinin küt travması, qabırğaların çoxsaylı sınığı diaqnozları təyin edilən pasiyentin müalicəsi Müştərək travma şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda vurğulanıb.


Xatırladaq ki, qəza zamanı "Mercedes" və "XPeng" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "Mercedes"in sürücüsü Mansur Güləxan oğlu İmanov ölüb.

Baxış sayı: 3 024

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə