gəncə şəhəri, ə.arazov küçəsində yerləşən zavodda baş vermiş yanğın fövqəladə hallar nazirliyi dövlət yanğından mühafizə xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
bu barədə "arhd.media"ya fhn-dən məlumat verilib.
yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.
06:20
fövqəladə hallar nazirliyinin "112" qaynar telefon xəttinə gəncə şəhəri, ə.arazov küçəsində yerləşən zavodda yanğın baş verməsi barədə məlumat daxil olub.
bu barədə "arhd.media"ya fhn-dən məlumat verilib.
məlumatla əlaqədar dərhal əraziyə fhn-in dövlət yanğından mühafizə xidmətinin qüvvələri cəlb olunub.
yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
05:46
samux rayonunun ərazisində güclü yanğın başlayıb.
“arhd.media”nın aldığı məlumata görə, yanğın samux-gəncə yolunun kənarında günəbaxan tumu istehsalı fabrikində qeydə alınıb.
alovun qarşısını almaq üçün samux və gəncədən 10 yanğınsöndürən avtomobil və xeyli sayda canlı qüvvə cəlb olunub.























