beynəlxalq axtarışda olan azərbaycan vətəndaşlarının yeri müəyyən olunub.
bu barədə “arhd.media”ya daxili işlər nazirliyinin (din) mətbuat xidmətindən məlumat verilib.
bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə binəqədi rpi tərəfindən axtarışda olan muraz qurbanovun birləşmiş ərəb əmirliklərində, suraxanı rpi tərəfindən axtarışda olan əlağa ismayılovun ukraynada, sumqayıt şpi tərəfindən axtarışda olan elmir nuriyevin isə almaniyada olması müəyyən edilərək interpol kanalları vasitəsilə saxlanılıblar.
din-in interpolun milli mərkəzi bürosu tərəfindən təqsirləndirilən şəxslərin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.





















